Gənc naməlum şəraitdə sirkə turşusu içərək zəhərlənib
20 fevral 2020 01:14 (UTC +04:00)

Gənc naməlum şəraitdə sirkə turşusu içərək zəhərlənib


 

Göygöldə gənc zəhərlənib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. 

Daşkəsən rayonunun Qabaq Təpə kənd sakini, 997-ci il təvəllüdlü Məsimov Elşən Natiq oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilib. Dərhal gəncə lazımi tibbi yardım göstərilərək xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. Elşənin sirkə turşusunu hansı səbəbdən içdiyi məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.

 

# 1038
avatar

Oxşar yazılar