Bu Seçki Dairəsinin bir məntəqəsində seçkilərin nəticələri ləğv edildi
18 fevral 2020 16:31 (UTC +04:00)

Bu Seçki Dairəsinin bir məntəqəsində seçkilərin nəticələri ləğv edildi


Mərkəzi Seçki Komissiyasının iclasında 123 saylı Kəlbəcər Seçki Dairəsindən qeydə alınmış namizəd Qənbərov Əzizin şikayətinə baxılıb.

APA-nın məlumatına görə, MSK üzvü Tofiq Həsənov bildirib ki, şikayətçi seçki bülletenlərinin topa şəkildə qutulara atılmasını, bir seçicinin bir neçə dəfə səs verməsini və s. öz müraciətində mübahisələndirib: “Şikayətçinin müraciəti araşdırılıb və onun müraciətində qeyd edilən hallar müşahidə edilməyib. Araşdırma zamanı yalnız 16 saylı seçki məntəqəsində seçicilərin iradəsini əks etdirməyən pozuntular aşkar edilib. Buna görə, 16 saylı seçki məntəqəsində seçkilərin nəticələrinin etibarsız sayılması üçün əsas yaranıb”.

MSK-nın iclasında 123 saylı Seçki Dairəsi üzrə 1 məntəqədə seçkilərin nəticəsi etibarsız sayılması ilə bağlı qərar qəbul edilib və şikayət qismən təmin edilib.

# 1064
avatar

Oxşar yazılar