Narkotik alverçilərinə qarşı əməliyyat: 5 nəfər saxlanıldı
18 fevral 2020 13:06 (UTC +04:00)

Narkotik alverçilərinə qarşı əməliyyat: 5 nəfər saxlanıldı

Balakəndə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan dəstə zərərsizləşdirilib.  

APA-nın şimal-qərb bürosunun məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil verilməsi istiqamətində növbəti əməliyyat-axtarış tədbiri keçirib.

Tədbir zamanı Balakən şəhər sakini, 36 yaşlı Elşad Zahid oğlu Məsiyevin yaşadığı evə baxış keçirilib. Baxış zamanı ordan 13 ədəd kağız bükülüdə ümumi çəkisi 1, 689 qram narkotik vasitə hesab edilən heroin aşkar edilərək götürülüb.

İlkin araşdırma zamanı Elşad Məsiyev narkotik vasitəni Balakən şəhər sakini, 39 yaşlı Mətləb İsmayıl oğlu Yusubovdan aldığını bildirib. Tədbir zamanı Elşad Məsiyevin evində qonaq qismində olan Balakən şəhər sakinləri - 45 yaşlı Qəhraman İlyas oğlu Bayramov və 37 yaşlı Mətin İqbal oğlu Məmmədovun narkotik vasitə qəbul etdikləri müəyən olunub. Qəhraman Bayramovun üzərinə baxış zamanı ondan 0, 455 qram heroin aşkar edilərək götürülüb.

Tədbirin davamı olaraq Elşad Məsiyevin narkotik vasitəni aldığı Mətləb Yusubovun yaşadığı evdən təmiz çəkisi 0, 691 qram heroin aşkar edilərək götürülüb.

Keçirilmiş digər tədbir zamanı rayonun Gərəkli kənd sakinləri 1977-ci il təvəllüdlü Nurullah Nəsrəddin oğlu Kutlasovun yaşadığı evdən 7,34 qram, 34 yaşlı Elşad Abduli oğlu Mustafayevin  yaşadığı evdən isə 41,36 qram narkotik vasitə hesab edilən qrudulmuş marixuana götürülüb. 

Hər üç fakt üzrə Balakən rayon Polis Şöbəsində cinayət işi başlayıb.

Elşad Mustafayev istisna olmaqla digərləri şübhəli şəxs qismində saxlanılıb.

Elşad Mustafayevin tutulması istiqamətində tədbir aparılır.

# 993
avatar

Oxşar yazılar