Bakıda qaynata və kürəkən naməlum şəxslər tərəfindən bıçaqlanıb
17 fevral 2020 23:46 (UTC +04:00)

Bakıda qaynata və kürəkən naməlum şəxslər tərəfindən bıçaqlanıb

 

Bakının Xəzər rayonunda iki nəfəri bıçaqlayıblar.

APA xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.

Yeni Binə yaşayış massivində 1965-ci il təvəllüdlü Həsənov Azər Vəlixan oğlu və onun kürəkəni Əhmədov Elçin Mikayıl oğlu küçədə gedərkən naməlum şəxslər avtomobildən düşərək onlarla əlbəyaxa dava edib. Nəticədə A.Həsənov və E.Əhmədov bıçaqlanıb.

Yaralılar 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1401

Oxşar yazılar