Elektron siqaretlərin dövriyyəsi qadağan  edildi
03 avqust 2026 14:18 (UTC +04:00)

Elektron siqaretlərin dövriyyəsi qadağan edildi

0

Elektron siqaretlər və onların komponentləri mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısına daxil edilib.

Lent.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklikdə əksini tapıb.

Qeyd edək ki, Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”  qanunlarda dəyişiklik edilməsi barədə” Azərbaycanın 2025-ci il 30 dekabr tarixli 338-VIIQD nömrəli qanuna əsasən elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, saxlanılması, topdan və pərakəndə satışı və istifadəsi qadağan edilib. Beləliklə, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanunda da müvafiq uyğunlaşdırıcı dəyişiklik edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 284

Oxşar yazılar