2029
19:57
17 Fevral 2020

Sumqayıtda yol qəzası: yaralananlar var

Sumqayıtda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunu məlumatına görə, şəhərin Sülh prospektində “VAZ 21011” markalı avtomobil yol kənarında dayanmış “Chevrolet” markalı avtomobilə çırpılıb. Nəticədə “VAZ 21011” markalı avtomobilin sürücüsü, 24 yaşlı Hümbətov Nicat Yaqub oğlu və onun sərnişinləri - 27 yaşlı Vəliyev Nahid Muxtar oğlu, 39 yaşlı Hümbətova Tünzalə Vahab qızı və 10 yaşlı Əliyli Hüseyn Elxan oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Xəsarət alanlar Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Bir müddət yolda tıxac yaranıb. Yol polisinin müdaxiləsindən sonra tıxac aradan qaldırılıb və avtomobillərin hərəkəti bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.