809
19:23
17 Fevral 2020

Motosiklet “Mercedes”lə toqquşdu: ölən var

İmişlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon mərkəzində “Mercedes” markalı avtomobillə motosiklet toqquşub.

Nəticədə motosikletin sürücüsü hadisə yerində ölüb.