1156
17:19
17 Fevral 2020

"...İstəyirik ki, gələcəkdə də bu təcrübədən istifadə edək” - Məzahir Pənahov

“Biz sosial şəbəkələrin köməyini nümayiş etdirmək istəyirik ki, gələcəkdə də bu təcrübədən istifadə edək”.

APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərin hamısına baxılır: “Biz o maraqda deyilik ki, sosial şəbəkələrdə yayılan görüntülərə göz yumaq. Əksinə, biz ictimaiyyətə təqdim etmək istəyirik ki, sosial şəbəkələrin imkanlarından yararlanırıq. Sosial şəbəkələrin hesabına seçkilər yaxşı keçib. Sosial şəbəkələr olmasaydı, 98 faiz məntəqədə seçkilər yaxşı şəkildə keçməzdi. Sosial şəbəkələr bizim üçün çox əsaslı mənbədir. Burada yayılan görüntüləri nəzərə alacağıq”.