Bakıda daha bir piyada yolda can verdi
17 fevral 2020 09:47 (UTC +04:00)

Bakıda daha bir piyada yolda can verdi

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, hadisə fevralın 16-da, saat 20 radələrində Nəsimi rayonu A.Mustafayev küçəsində qeydə alınıb. Qusar rayon sakini 33 yaşlı Ş.Həsənov idarə etdiyi “Chevrolet” markalı avtomobillə, 34 yaşlı Balakən rayon sakini Əlixan Bayramovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma davam etdirilir.

# 1082
avatar

Mehman Nəbiyev

Oxşar yazılar