1576
09:59
15 Fevral 2020

Tiryək, metafon, marixuana... - Narkotik alverçiləri belə tutuldu

Bakıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az -a daxil olan məlumaat görə, Pirallahı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsi əməkdaşlarının keçirdiyi uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində, rayon ərazisində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs müəyən olunaraq saxlanılıb.

Əməliyyat zamanı saxlanılan, əvvələr Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə məhkum olunanan 24 yaşlı Ə.E-nin mənzilindən 41,567 qram tiryək, 0,12 qram metafon, 400,912 qram marixuana aşkar olunaraq götürülüb.

Digər narkotik alverçisi Binəqədi rayonunda tutulub.

Rayon Polis İdarəsi Post Patrul Xidməti rayon ərazisində narkotiklərinin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsi gecə saatlarında aşkarlayaraq, 43-cü Polis Bölməsinə təhvil veriblər.

Rayon ərazisində özünü şübhəli aparan şəxs polis əməkdaşlarının diqqətini cəlb edib. Polisin təqibindən xilas olmaq üçün müxtəlif bəhanələr uyduran, Mingəçevir şəhər sakini, əvvələr Cinayət Məcəlləsinin 331-ci maddəsi ilə məhkum olunan, 28 yaşlı A.M-dan 1,189 qram heroin aşkar olunaraq götürülüb.

Qardağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, Ələt qəsəbə sakini 28 yaşlı E.İ-dən 0, 520 qram heroin, 0,777 qram metamfetamin aşkar olunaraq götürülüb.

Hər üç faktla bağlı araşdırmalar davam etdirilir.