1169
18:11
14 Fevral 2020

Vəzifəli şəxslərin 40 milyon manatdan çox əmlakına həbs qoyulub

Ötən il 497 vəzifəli şəxsə 310 cianyət işi açılıb.

Lent.az xəbər verir ki, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də keçirilən kollegiya iclasında bildirib.

Onun sözlərinə görə, hesabat dövründə korrupsiyaya qarşı mübarizədə ixtisaslaşmış cinayət təqibi orqanı olan Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində rüşvətlə bağlı, vəzifə səlahiyyətlərini aşma, vəzifə saxtakarlığı, vəzifədən sui-istifadə və digər faktlar üzrə 497 vəzifəli şəxs barəsində 310 cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Həmin işlər üzrə 83,8 milyon manat məbləğində maddi ziyandan ibtidai araşdırma mərhələsində 21,8 milyon manatın ödətdirilməsi təmin edilib. Qalan ziyanın ödənilməsini təmin etmək məqsədilə 40,3 milyon manat dəyərində qiymətləndirilən əmlak üzərinə həbs qoyulmaqla, ümumilikdə vurulmuş maddi ziyanın 74,7 faizinin ödətdirilməsi təmin edilib.