914
17:54
14 Fevral 2020

Dövlətə və vətəndaşlara dəyən 122 milyon manat ödətdirildi

123 şəxs barəsində 54 cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Lent.az xəbər verir ki, bu sözləri Baş prokuror Zakir Qaralov fevralın 14-də keçirilən kollegiya iclasında bildirib.

Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edən Z.Qaralov bildirib ki, Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin əməkdaşları tərəfindən bir sıra xüsusilə ağır və ağır cinayətlərin, habelə böyük ictimai rezonans doğuran hadisələrin, o cümlədən Gəncə şəhərində 2 polis zabitinin qəsdən öldürülməsi, Gəncə şəhər İcra Hakimiyyətinin başçısına qarşı törədilmiş terror hadisəsi, “Diqlas” Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsi və s. cinayət işlərinin yüksək peşəkarlıqla istintaq olunması, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilmələri təmin olunub.

Hesabat dövründə idarənin əməkdaşları tərəfindən 123 şəxs barəsində 54 cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. İstintaq edilən və məhkəmələrə göndərilən cinayət işləri üzrə vətəndaşlara və dövlətə dəyən 127 milyon manat məbləğində ziyandan 122 milyon manatın və ya 96 faizinin ödətdirilməsi təmin olunub.