17:17
14 Fevral 2020

Ötən il yol qəzalarında əvvəlki illə müqayisədə 99 nəfər çox adam ölüb


2019-cu ildə yol-nəqliyyat hadisələrinin və həmin hadisələrdə ölənlərin sayı əvvəlki illə müqayisədə artıb.

Lent.az -ın məlumatına görə, fevralın 14-də prokurorluq orqanları tərəfindən 2019-cu ildə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında bildirilib ki, 2018-ci illə müqayisədə hesabat dövründə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 53 fakt, həmin hadisələrdə ölənlərin sayı 99 nəfər artıb, xəsarət alanların sayı isə 9 nəfər azalıb.

Ölümlə nəticələnən yol-nəqliyyat hadisələrindən 6-sı açılmamış qalıb.

Dİgər xəbərlər