Daha bir güləşçimiz erməni rəqibi üzərində əzmkar qələbə qazandı
14 fevral 2020 15:20 (UTC +04:00)

Daha bir güləşçimiz erməni rəqibi üzərində əzmkar qələbə qazandı


Azərbaycan millisinin sərbəst güləşçisi Ağahüseyn Mustafayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə başlayıb.

Apasport.az saytının məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı ilk görüşündə ermənistanlı Gevorq Mxeyanı üstələyib.

Pəhləvanımız təsnifat mərhələsində qarşılaşdığı rəqibi üzərində əzmkar qələbə qazanıb. 0:8 hesabı ilə geridə olan həmyerlimiz görüşün gedişində dönüş yaradıb. Nəticədə 15:8 hesabı ilə qalib gələn Mustafayev 1/8 final yüksəlib.

Güləşçimiz növbəti mərhələdə Belarus təmsilçisi Viktar Sereda ilə qarşılaşacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2546

Oxşar yazılar