589
10:16
14 Fevral 2020

Bakıda maşın qaçıranlar tutuldular

Bakıda yük maşını oğurlanıb.

Respublika Dövlət Yol Polisindən APA -ya verilən məlumata görə, bu gecə saat 03:45-də “ZİL-MMC-4512” markalı, 50-DA-951 dövlət qeydiyyat nişanlı yük avtomobilinin Sulutəpə qəsəbəsindən qaçırılması barədə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən daxil olan məlumat əsasında həmin avtomobil DİN Baş DYP İdarəsinin Ekoloji nəzarət bölüyünün 99-YP-688 dövlət qeydiyyat nişanlı patrul avtomobilində xidmət aparan YPX inspektorları tərəfindən saxlanılıb.

Yük avtomobilini qaçırmış Qobustan rayon sakinləri 46 yaşlı Ağayev Yusif Heydər oğlu və 40 yaşlı Qədirov Qədir Mamed oğlu tutularaq istintaq orqanlarına təhvil veriliblər.

Dİgər xəbərlər