Yunan-Roma güləşi üzrə Azərbaycan yığması bu gün Vətənə qayıdıb - FOTO
14 fevral 2020 02:43 (UTC +04:00)

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması bu gün Vətənə qayıdıb - FOTO


 

İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında uğurlu çıxış edən yunan-Roma güləşi üzrə Azərbaycan yığması bu gün Vətənə qayıdıb.

APA-nın məlumatına görə, iki qızıl və dörd bürünc medalla rekord müəyyənləşdirən və komanda hesabında ikinci yeri tutan millimizin Heydər Əliyev adına Beynəlxalq Hava Limanında qarşılanma mərasimi keçirilib. 

Komandanı Azərbaycan Güləş Federasiyasının (AGF) Baş katibi Orxan Məmmədov və federasiyanın vitse-prezidenti Elçin Cəfərov, güləşçilərin yaxınları, idman ictimaiyyətinin tanınmış simaları və media nümayəndələri qarşılayıb.

Qeyd edək ki, Azərbaycan millisi tarixində ilk dəfə Avropa çempionatında rekord sayda - 6 medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutublar.

2 qızıl və 4 bürünc medal qazanan yığmamız 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub. Türkiyə isə 90 xalla üçüncü pillədə qərarlaşıb.

Avropa çempionatına isə fevralın 16-da yekun vurulacaq. Bu gün qadın güləşçilərin də mübarizəsi yekunlaşacaq, həmçinin sərbəst güləşçilər yarışa qoşulacaqlar.

# 2985
avatar

Oxşar yazılar