İşçini 8 saatdan çox işlədənləri nə gözləyir? - VİDEO
12 fevral 2020 11:10 (UTC +04:00)

İşçini 8 saatdan çox işlədənləri nə gözləyir? - VİDEO

“Azərbaycanda işçilərini 8 saatdan çox işlədən sahibkarlara qarşı hər hansı cəza nəzərdə tutulmayıb”.

Bu sözləri Lent.az-a gündəlik 8 saatlıq iş rejimini pozan sahibkarlardan danışarkən hüquqşünas Könül Ələsgərova deyib.

Onun sözlərinə görə, iş saatı ilə bağlı ən çox qayda pozuntusu nəqliyyat və market sahələrində müşahidə olunur.

O, ölkə qanunvericiliyində işçisini 8 saatdan çox işlədən sahibkarlara qarşı cəza nəzərdə tutulmadığını və bəzi işbazların da bundan istifadə etdiyini bildirib.

Könül Ələsgərova bundan əlavə, qanunvericiliyə görə, istisna hallarda işçilərin 8 saatdan artıq qalıb işləmələrinə icazə verildiyini də qeyd edib.

Mövzu ilə bağlı Peşə Xəstəlikləri klinikasının baş həkimi Sevda Xəlilova Lent.az-a danışıb. Onun sözlərinə görə, yorulma işin təsiri ilə müvəqqəti baş verən və iş qabiliyyətinin azalmasına gətirib çıxaran orqanizmin xüsusi funksiyasıdır. Baş həkim işdən sonra istirahətin az olmasının xroniki yorğunluğa gətirib çıxardığını, bunun isə patoloji vəziyyətə səbəb olduğunu bildirib. Sevda Xəlilova adi yorulmanın qısa müddət ərzində bərpa olunduğunu deyərək, həddən artıq yorulma zamanı isə artıq profilaktik tədbirlərin vacibliyini diqqətə çatdırıb. Həmsöhbətimiz bundan əlavə, insanların sutka ərzində hər 8 saatdan bir işləməli, istirahət etməli və yatmalı olduğunu da qeyd edib.

Xatırladaq ki, prezident İlham Əliyev 3 fevral 2020-ci il tarixində konfransda işçilərini 8 saatdan artıq işlədən sahibkarlar barəsində çıxış edərək, məsələni gündəmə gətirib. Belə ki, ölkə başçısı daha çox pulan qənaət etmək üçün işçiləri 12-13 saat istismar edən sahibkarların cəzalandırılacağını diqqətə gətirib. Prezident həmçinin bu kimi hallara son qoyulmasını və Nazirlər Kabinetinin məsələyə nəzarət etməli olduğunu bildirib.

# 13672
avatar

Mehman Nəbiyev

Oxşar yazılar