BŞBPİ-dən etiraz aksiyasında saxlanılan namizədlər barədə MƏLUMAT
12 fevral 2020 09:27 (UTC +04:00)

BŞBPİ-dən etiraz aksiyasında saxlanılan namizədlər barədə MƏLUMAT

0

“Ərzulla Buludlunun və Rəbiyyə Məmmədovanın xəsarət alması ilə bağlı deyilənlər əsassızdır”.

Bu barədə Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, polisin təşəbbüsü ilə hər iki şəxs müvafiq həkim müayinəsindən keçirilib, onlarda hər hansı xəsarət faktı aşkarlanmayıb.

Qeyd edək ki, adıçəkilən şəxslər 9 fevralda Milli Məclisə keçirilən seçkilərdə deputatlığa namizədlərdir. Onlar seçki prosesində saxtakarlıq baş verdiyini irəli sürərək dünən axşam saatlarında Mərkəzi Seçki Komissiyasının qarşısında etiraz aksiyası təşkil ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1660

Oxşar yazılar