1252
02:40
12 Fevral 2020

Monqolustanda 6,2 bal gücündə zəlzələ baş verib


Monqolustanın cənub-qərbində 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.

Təbi fəlakət Bakı vaxtı ilə 22.02-də baş verib. Zəlzələnin episentri 45.22 dərəcə şimal enində və 97.52 dərəcə şərq uzunluğundakı koordinatda baş verib.