İki maşın toqquşdu: yaralılar var
11 fevral 2020 13:50 (UTC +04:00)

İki maşın toqquşdu: yaralılar var

Ağdamda tütün məmulatları daşıyan yük avtomobili qəza törədib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Quzanlı qəsəbəsində qeydə alınıb.

“VEKTOR” firmasına məxsus, 32 yaşlı Əmirov Fərhad Allahverdi oğlu idarə etdiyi “FİAT” markalı, 99 JX 712 dövlət nömrə nişanlı yük avtomobili hərəkətdə olan 36 yaşlı Allahverdiyev Azər Rizvan oğlunun idarə etdiyi “VAZ-21015” markalı, 10 RZ 215 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü müxtəlif xəsarətlə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

# 1103
avatar

Oxşar yazılar