565
12:08
11 Fevral 2020

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma iki müraciət olub - YENİLƏNİB

Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma daha 3 müraciət olub.

Bu barədə Lent.az -a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) məlumat verilib.

Bununla da hava şəraiti ilə bağlı müraciət edənlərin sayı 5-ə çatıb. Onlarda diz qapağının, sağ baldırın və sağ topuğun əzilməsi qeydə alınıb.

***

11:23


Hava şəraiti ilə əlaqədar Bakıda təcili yardıma iki müraciət olub.

Bu barədə Lent.az -ın sorğusuna cavab olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) məlumat verilib.

Onlardan birində sol diz oynağının çıxığı, digərində sol qolun əzilməsi müşahidə olunub.

Müraciət edən şəxslərdən biri hospitalizasiya edilib, digəri yardım göstərildikdən sonra evə buraxılıb.