857
11:03
11 Fevral 2020

Azərbaycanda məktəbli itkin düşdü

Zaqatalada 10-cu sinif şagirdi itkin düşüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, rayonun Qəbizdərə kənd sakini, 16 yaşlı İmran İlqar oğlu Qardaşov fevral 2-də yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

İ. Qardaşov evdən çıxan zaman əynində göy rəngli cins şalvar, mavi rəngli qış gödəkçəsi və idman ayaqqabısı olub.

Qeyd edək ki, İ. Qardaşov Mazıx kənd orta məktəbinin 10-cu sinif şagirdidir.