459
09:14
11 Fevral 2020

Marketdə yaşlı kişini öldürən saxlanıldı

Bakıda marketdə qətl törədilib.

Lent.az -ın məlumatına görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi, Xətai Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 36-cı Polis Bölməsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 8-də gecə saatlarında, Xətai rayonu Zığ yolunda yerləşən marketlərin birində törədilən qətlin üstü açılıb.

Keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, 60 yaşlı B.Əliyevi kürək nahiyyəsindən bıçaqlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı İsmayıl Ağəsənov şübhəli şəxs qisimində tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şübhəli şəxs ətrafında əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri davam etdirilir.