Daha bir güləşçimiz Ermənistan idmançısını məğlub etdi
10 fevral 2020 16:27 (UTC +04:00)

Daha bir güləşçimiz Ermənistan idmançısını məğlub etdi

0


Azərbaycanın daha bir güləşçisi Sabah Şəriəti İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatına qələbə ilə start verib.

Apasport.az saytının məlumatına görə, 130 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi ilk görüşündə Ermənistan təmsilçisi David Ovasapyanı məğlub edib.

Pəhləvanımız 1/8 final mərhələsindəki qarşılaşmada rəqibi üzərində 3:0 hesablı qələbə qazanıb. Şəriəti bu qalibiyyət sayəsində 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, daha öncə Sənan Süleymanov (77 kq) Bolqarıstanı təmsil edən erməni idmançıya qalib gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2467

Oxşar yazılar