22:01
09 Fevral 2020

"Qalatasaray" zirvəyə bir addım da yaxınlaşdı

Türkiyə Superliqasında XXI turun oyunları davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün 3 qarşılaşma baş tutub.

Elitada qalmaq uğrunda mübarizə aparan "Kayserispor" onun üçün kritik oyunlardan birinə çıxıb. Kayserililər öz meydanlarında "Antalyaspor" üzərində qələbəni son dəqiqələrdə əldən veriblər. Bu, Robert Prosineçkinin kollektivinin son sıralardan qurtulmaq şansını bir qədər də azaldıb.

Turun mərkəzi görüşü Sivasda oynanılıb. Lider "Sivasspor" çempionluğu hədəfləyən rəqiblərindən olan "Başakşəhər"lə üz-üzə gəlib. Komandalar ikinci hissədə hərəyə 1 dəfə fərqlənməklə, 2 xal itiriblər.

Bu komandaların büdrəməsi "Qalatasaray"a zirvəyə yaxınlaşmaq şansı yaradıb. Superliqada qalmaq uğrunda mübarizə aparan "Kasımpaşa"nın qonağı olan "cim-bom" asan qələbə qazanaraq, liderlə aradakı xal fərqini 3-ə endirib.

Turun sabah keçirilməli olan "Göztəpə" - "Çaykur Rizəspor" matçı əlverişsiz hava şəraitinə görə təxirə salınıb.

Türkiyə Superliqası

XXI tur

9 fevral

"Kayserispor" - "Antalyaspor" - 2:2

Mensah, 41 (pen.); Pedro Enrike, 46 - Sinan Gümüş, 45+1 (pen.); Fredi, 83

"Sivasspor" - "Başakşəhər" - 1:1

Yatabare, 80 - Demba Ba, 66

"Kasımpaşa" - "Qalatasaray" - 0:3

Meria, 7 (avtoqol); Adəm Büyük, 21 (pen.), 43

Dİgər xəbərlər