520
12:05
09 Fevral 2020

Axtarışda olan 7 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları dünən gün ərzində törədilmiş 19 cinayətin üstünü “isti izlər”lə açıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Lent.az -a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 12 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 3 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 9 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.