681
09:05
09 Fevral 2020

Sürət həddi ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

Paytaxtda müşahidə olunan faktiki hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi endirilib.

Bu barədə Lent.az -a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.

Paytaxtın digər küçə və prospektlərində isə nəqliyyat vasitələrinin normal hərəkəti müşahidə olunur: “Bir daha hərəkət iştirakçılarına ehtiyatlı olmağı tövsiyə edirik. Sürücülərdən xahiş edirik ki, metereoloji amilləri nəzərə alıb sürət həddinə əməl etsinlər. Qeyd edək ki, adi günlərdən fərqli olaraq şəhər yollarına və müntəzəm marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət artırılıb”.