FHN əməkdaşları qarlı yolda maşında qalan 4 nəfəri xilas etdi
09 fevral 2020 08:21 (UTC +04:00)

FHN əməkdaşları qarlı yolda maşında qalan 4 nəfəri xilas etdi

Şəmkir rayonun Qasımalılar kəndində “VAZ” markalı minik avtomobili qarlı yolda qalıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, bu barədə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 nəfərə köməklik göstərilib.

# 1187
avatar

Oxşar yazılar