Bakıda itkin düşən yeniyetmə tapıldı
08 fevral 2020 10:31 (UTC +04:00)

Bakıda itkin düşən yeniyetmə tapıldı

Bakıda itkin düşən qız tapılıb.

APA-nın məlumatına görə, fevralın 5-də saat 15:30-da Xəzər rayon sakini, 16 yaşlı Zeynəb Quliyeva evdən çıxıb, bir daha geri qayıtmayıb.

Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi axtarış nəticəsində Z. Quliyeva fevralın 7-də tapılaraq ailəsinə təhvil verilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1216

Oxşar yazılar