
Bakıda sərxoş sürücü maşınla şərab mağazasına girdi- FOTO - VİDEO

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı mağazaya külli miqdarda ziyan dəyib.
APA xəbər veirir ki, Maqbet Bəşirov idarə etdiyi "VAZ 21015" markalı avtomobillə Tbilisi prospektində Yol Patrul Xidmətinin saxla əmrinə tabe olmayıb.
O, yüksək sürətlə hərəkətdə olan zaman Rəşad Əliyevin idarə etdiyi "İnfiniti" markalı avtomobilə çırpılıb. İdarəetmədən çıxan "VAZ 21015" Həsən Əliyev küçəsində yerləşən şərab evinə girib. Bundan sonra M. Bəşirov polis əməkdaşları tərəfindən saxlanılaraq polis bölməsinə aparılıb.
Mağaza sahibi Həsən Hüseynov APA-nın hadisə yerində olan əməkdaşına bildirib ki, təxminən obyektə 20 min manat ziyan dəyib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Oxşar yazılar

Gizli işləyən daha bir kafe bağlandı
27 yanvar 2021 , 13:01
Qadın evdən 40 minlik qızıl oğurladı
27 yanvar 2021 , 12:43
Bakıda narkotacir tutuldu, sürdüyü "Jaquar"dan isə...
27 yanvar 2021 , 12:41
Bakıda DƏHŞƏT: qadını tikə-tikə doğradılar
27 yanvar 2021 , 12:20
Azərbaycanda narkotacirlər saxlanıldı
27 yanvar 2021 , 12:19Restorandan oğurladıqlarını su qiymətinə satdılar - FOTO
27 yanvar 2021 , 12:05
Azərbaycanda bir ailənin 6 üzvü zəhərləndi - YENİLƏNİB
27 yanvar 2021 , 11:47
Bakının mərkəzində sex yandı, 1 nəfər...
27 yanvar 2021 , 11:44