Çində koronavirusdan ölənlərin sayı 722 nəfərə yüksəldi
08 fevral 2020 07:19 (UTC +04:00)

Çində koronavirusdan ölənlərin sayı 722 nəfərə yüksəldi


 

“Çində koronavirus qurbanlarının sayı 722 nəfərə çatıb. Yeni virusa yoluxanların sayı 34.5 mindən çoxdur”. 

APA “China Daily”yə istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikası Dövlət Səhiyyə Komitəsi məlumat yayıb. 

34 əyalətdən və 31 vilayətdən komitəyə daxil olan məlumatlara əsasən, 2050 nəfərin analizlərinin nəticələri mənfi olduğundan xəstəxanadan evə buraxılıblar.

# 930
avatar

Oxşar yazılar