2116
14:15
07 Fevral 2020

Antarktidada istilk rekordu qırılıb

Antarktidada indiyə qədər görülən ən yüksək temperatur qeydə alınıb.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qlobal istiləşmə ilə böyük dəyişikliklərə məruz qalan Antarktidada yeni istilik rekordu qırılıb.

Yeni rekord 18,3 dərəcə təşkil edib.

Antarktidada indiyə kimi bu cür temperatur qeydə alınmayıb.

Fevralın 6-da qeydə alınan bu istilk 2015-ci ilin mart ayında qeydə alınan 17,5 dərəcəlik rekorddan hardasa bir dərəcə yüksəkdir.