Tanınmış jurnalistin çantasını oğurlayan “Doqquz barmaq Adil” saxlanıldı
06 fevral 2020 14:53 (UTC +04:00)

Tanınmış jurnalistin çantasını oğurlayan “Doqquz barmaq Adil” saxlanıldı

Qadının çantasını oğurlayan şəxs saxlanılıb.

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumaat görə, Cinayət-Axtarış İdarəsi əməkdaşlarının keçirdiyi intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində Nəsimi rayonu, "Bülbül" prospekti 18 ünvanında yerləşən "Bravo" marketində paytaxt sakini T.Rüstəmova məxsus içərisində 3 ədəd mobil telefon və bank kartları olan əl çantasını oğurlamaqda şübhəli bilinən 48 yaşlı Bərdə rayon sakini Adil Rüstəmov müəyyən olunaraq saxlanılıb.

Şübhəli şəxsdən gizli yolla taladığı mobil telefonlar maddi sübut kimi aşkar olunaraq götürülüb. Məlumata görə, onun T.Rüstəmovdan oğurladığı əşyaların zərərçəkənə qaytarılması təmin olunacaq. Onun digər oğurluq əməllərində iştirakı istisna olunmur.

“Doqquz barmaq Adil” kimi tanınan şəxsin əməllərindən başqa zərərçəkən varsa, məlumat verməsi tövsiyə edilir. Faktla araşdırmalar davam etdirilir.

Qeyd edək ki, oğurluq əməlinə məruz qalan, tanınmış jurnalist, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1415

Oxşar yazılar