2473
09:56
06 Fevral 2020

Koronavirus fevralda sürətlə yayılacaq və...

Fevral ayı koronavirus epidemiyası yayılma sürətinə görə ən yüksək səviyyədə olacaq, ay başa çatandan sonra tədricən temp azalmağa doğru gedəcək. Lent.az xəbər verir ki, bu barədə rambler.ru-ya açıqlamasında rusiyalı virus mütəxəssisi Yevgeni Timakov deyib.

Onun sözlərinə görə, virusun yaşama müddəti səkkiz aydan o yana keçməyəcək: “Hətta ehtimal olunur ki, bu müddətdə yaradılmış vaksinə ehtiyac qalmayacaq. Virusun yayılması dayanacaq və vaksin öz aktuallığını itirəcək”.

Timakovun fikrincə hadisələrin gedişatı ona bu qənaətə gəlməyə əsas verir: “Təcrübə göstəriri ki, belə viruslar, onların əlehinə vaksin yaranıncaya qədər alovlanır və öz-özünə sönür”.