811
19:42
05 Fevral 2020

"Lazımi məqamlarda Rusiyaya qarşı çıxacağıq" - ABŞ Prezidentinin müşaviri


Amerika Birləşmiş Ştatları tezliklə silahlara nəzarətlə bağlı Rusiya ilə danışıqlara başlayacaq.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri Robert Obrayn deyib.

"Lazımi məqamlarda Rusiyaya qarşı çıxacağıq, lakin eyni zamanda, silahlara nəzarətə dair danışıqlara da başlayacağıq. Rusiya vacib ölkədir, dünyada vacib bir qüvvədir. Bunun səbəblərindən biri də onların 1400-dən çox aktiv nüvə başlığına sahib olmasıdır", - Obrayn qeyd edib.

ABŞ Prezidentinin Milli Təhlükəsizlik üzrə müşaviri əlavə edib ki, onun ölkəsi Rusiya ilə dialoq qurmaq niyyətindədir.