Tağıyevin heykəlinin açılışının vaxtı AÇIQLANDI
05 fevral 2020 12:31 (UTC +04:00)

Tağıyevin heykəlinin açılışının vaxtı AÇIQLANDI

“Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı Novruz bayramı günlərində olacaq. Bu vaxt hələ ki, dəyişməyib”.

Bunu APA-ya Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirilən açıq heykəltəraşlıq müsabiqəsinin qalibi, Xalq rəssamı Xanlar Əhmədov deyib.

X.Əhmədov yaxın günlərdə heykəlin tuncdan tökülməsi işlərinə başlanacağını bildirib: “Hələ ki, vaxtımız var. Elə böyük bir iş qalmayıb. Çalışacağıq ki, Novruz bayramına qədər heykəlin quraşdırılması yekunlaşsın”. 

Qeyd edək ki, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Bakı Şəhəri İcra Hakimiyyətinin Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı keçirdiyi açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. 26 layihə arasından Xanlar Əhmədovun layihəsi qalib seçilib. Heykəl "İçərişəhər" metrostansiyasının qarşısında quraşdırılacaq. 

# 5149
avatar

Oxşar yazılar