Vilayət Eyvazov polis rəisini işdən azad etdi
05 fevral 2020 09:10 (UTC +04:00)

Vilayət Eyvazov polis rəisini işdən azad etdi

Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polis (DYP) Şöbəsinin rəisi Qəhrəman Qələndərov işdən azad edilib.

APA-nın məlumatına görə, bununla bağlı Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Qəhrəman Qələndərov yaş həddi ilə əlaqədar təqaüdə göndərilib. Hələlik onun yerinə təyinat olmayıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev faktı APA-ya təsdiqləyib.

Qeyd edək ki, xəbəri ilk avtosfer.az saytı yayıb.

 

# 1832
avatar

Oxşar yazılar