751
21:53
04 Fevral 2020

Gürcüstanda qar uçqunu nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb

Gürcüstanın Kobi-Qudauri yolunda baş vermiş qar uçqunu nəticəsində bir nəfər ölüb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, uçqun içərisində üç nəfərin olduğu minik avtomobilini dərəyə yuvarlayıb. Hadisə zamanı avtomobildə olan digər iki nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı cinayət işi başlanılıb.