1629
18:08
03 Fevral 2020

BŞBPİ-yə rəis müavini təyin edildi

Bakı Şəhər Baş Polis İdarəsində yeni təyinat olub.

İdarədən Lent.az -a verilən məlumata görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovniki Nurullah Məmmədxanlı BŞBPİ-nin rəis müavini vəzifəsinə təyin edilib.

Bundan əvvəl BŞBPİ-nin rəis müavini general-mayor Həsən Şirinov idi.

Polis polkovniki Sərdar Səfərov isə nazirin müvafiq əmrilə BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, S.Səfərov bundan öncə İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini vəzifəsində çalışıb.