Kintana "Qarabağ"dan getdi
03 fevral 2020 17:34 (UTC +04:00)

Kintana "Qarabağ"dan getdi

"Qarabağ" transfer dönəminin son günündə daha bir futbolçusu ilə yollarını ayırıb.

Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi Dani Kintana Ağdam klubu ilə sağollaşıb.

Müqavilə müddəti mövsümün sonuna qədər olan Dani bu gün komanda ilə son məşqinə çıxıb. Futbolçular məşq zamanı 33 yaşlı oyunçunu havaya atıb-tutaraq, onunla təmtəraqlı şəkildə vidalaşıblar. 

Hücumameyilli oyunçu Çinin "Çenqdu Better Siti" klubuna transfer olunub və tibbi yoxlanışdan keçmək üçün bu gün yeni komandasının Tailandda davam edən düşərgəsinə yollanacaq.

2015-ci ildə "Qarabağ"a keçən Kintana 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. 

Qeyd edək ki, "Qarabağ" qış fasiləsində bundan əvvəl Simeon Slavçev, Asmir Beqoviç və Riçard Almeyda ilə yollarını ayırmışdı.

# 1245
avatar

Oxşar yazılar