"BakuBus"un rəhbəri işdən çıxarıldı  – SƏBƏB
03 fevral 2020 15:40 (UTC +04:00)

"BakuBus"un rəhbəri işdən çıxarıldı – SƏBƏB

Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Nəcəf Malikov öz istəyi ilə vəzifəsindən azad edilib.

Bu barədə Lent.az-a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

O qeyd edib ki,  şirkətə rəhbərlik İlqar İbrahimova həvalə olunub.

Qeyd edək ki,  “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti Nazirlər Kabinetinin 2014-cü il aprelin 3-dəki 92 nömrəli qərarı ilə Bakı .əhər İcra Hakimiyyətinin tabeliyində dövlət müəssisəsi olaraq yaradılıb.

Azərbaycan Prezidentinin 2018-ci il iyulun 6-dakı 181 nömrəli fərmanına əsasən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilib.

 

 

# 3178
avatar

Oxşar yazılar