11:20
03 Fevral 2020

Qvardiola özündən çıxdı, 45 dəqiqə yubandı

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola cəzalandırıla bilər.

Lent.az -ın məlumatına görə, buna səbəb ispan çalışdırıcının “Tottenhem”lə çempionat oyunundan sonra mətbuat konfransına gecikməsidir.

Qvardiola matçdan sonra 45 dəqiqə “Mançester Siti”nin paltardəyişmə otağından çıxmayıb. Bu səbəbdən də mətbuat konfransına gecikib. “Tottenhem”ə məğlubiyyətə (0:2) çox əsəbiləşən Pepin futbolçularına kəskin narazılığını bildirdiyi qeyd olunur.

Premyer Liqanın cari mövsümündə 6-cı məğlubiyyətini alan “Mançester Siti” 51 xalla turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.

Dİgər xəbərlər