09:42
03 Fevral 2020

Novuz çərşənbələrinin tarixləri açıqlandı

Yaz fəslinin Azərbaycana gələcəyi vaxt açıqlanıb.

N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından Lent.az -a verilən xəbərə görə, bu il bahar Azərbaycana martın 20-si, saat 07:49:36-də daxil olacaq. Bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək və həmin andan Şimal yarım kürəsində yaz fəsli başlayacaq.

Fevralın 25-i Su, martın 3-ü Od, martın 10-u Yel, martın 17-si Torpaq (İlaxır) çərşənbələri qeyd olunacaq.

Dİgər xəbərlər