<font color=red>®</font> Gədəbəyin gənc seçiciləri YAP-ın namizədinə səs verəcəklər
01 fevral 2020 16:06 (UTC +04:00)

® Gədəbəyin gənc seçiciləri YAP-ın namizədinə səs verəcəklər

 

Deputatlığa namizəd Sevinc Hüseynova Gədəbəydə gənc seçicilərlə görüşüb.

Görüşdə YAP Gədəbəy rayon təşkilatının qərərgah üzvləri Kərəm Məmmədov, Məlahət Əliyeva, Xəyyam Vəliyev və təşkilatın məsul işçisi Anar Məmmədov iştirak edirdi.

Yeni Azərbaycan Partiyasının 103-saylı Gədəbəy seçki dairəsi üzrə deputatlığa namizədi Sevinc Hüseynova gənc  seçicilərlə növbəti görüşlərini rayonun Mədəniyyət evində baş tutub. Böyük ruh yüksəkliyi ilə keçən görüşdə Sevinc Hüseynova gənc seçicilərə öz fəaliyyəti haqqında məlumat verərək, cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasətindən, eləcə də, ölkədə gedən kadr islahatlarından, iqtisadi-siyasi islahatlardan danışıb.

Deputatlığa namizəd  qarşıda görüləcək işlərlə bağlı məlumat verərək gəncləri 9 fevral tarixində keçiriləcək parlament seçkilərində fəallıq göstərməyə çağırıb.

Deputatlığa namizəd Sevinc Hüseynovanın fəaliyyətini yüksək dəyərləndirdiklərini bildirən gənclər parlament seçkilərində dünənin, bu günün və  gələcəyin partiyası olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verəcəklərini qeyd ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1613

Oxşar yazılar