Çindən Azərbaycana gələn tələbələr həkim nəzarətinə götürüldü - BİRGƏ MƏLUMAT
31 yanvar 2020 15:00 (UTC +04:00)

Çindən Azərbaycana gələn tələbələr həkim nəzarətinə götürüldü - BİRGƏ MƏLUMAT


Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Səhiiyə Nazirliyindən Lent.az-a verilən xəbərə görə, məlumatda qeyd edilir ki, koronavirus ilk aşkar olunan Çinin Uhan şəhərindən Azərbaycana gələnlərin sərhəd-keçid məntəqələrində yoxlanışından sonra onların tibbi müşahidədə saxlanılması üçün xüsusi tibb müəssisəsi ayrılıb.

Yanvar ayının 30-da Uhan şəhərindən Azərbaycana gələn bir neçə tələbə həmin tibb müəssəsində həkim nəzarətindədir. Həkimlərin verdiyi məlumata əsasən, tələbələrin heç birində koronavirus xəstəliyinin əlamətləri yoxdur. Karantin müddəti bitdikdən sonra tələbələr evə buraxılacaqlar.

Ümumdünya Səhiyyə Təşkilatının Bakı ofisi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi bildirir ki, Çində yayılan koronavirus Azərbaycan ərazisində aşkarlanmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2455

Oxşar yazılar