
Azərbaycan alimlərindən YENİ KƏŞF: məhsuldarlıq artacaq

Azərbaycan alimləri ilk dəfə olaraq vulkan palçığı xammalı əsasında kompleks gübrə alıblar.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya və Geofizika İnstitutundan bildirilib.
Geologiya və Geofizika İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynovun, “Palçıq vulkanizmi” şöbəsinin rəhbəri Adil Əliyevin, “Geoekologiya” şöbəsinin baş elmi işçisi Mirəli Alosmanovun, “Palçıq vulkanizmi” şöbəsinin aparıcı elmi işçisi, Yer elmləri üzrə fəlsəfə doktoru Orxan Abbasovun, eləcə də AMEA akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşlarının birgə ərsəyə gətirdiyi elmi ixtira Əqli Mülkiyyət Agentliyi tərəfindən patentləşdirilib.
Həmmüəlliflər üzvi-mineral kompleksin hazırlanması texnologiyası üçün vulkan palçığı ilə bərabər, istehsalat tullantılarından da istifadə ediblər. Hazırlanmış gübrənin müxtəlif torpaqlarla əlaqəli variantlarının tətbiqi onların bitkilərin inkişafına müsbət təsirini təsdiqləyib. Hazırda elmi ixtiranın nəticələrinin tətbiqi, o cümlədən alınmış üzvi-mineral kompleksin kənd təsərrüfatı sahələrində geniş istifadəsi ilə bağlı çalışmalar davam etdirilir.

Oxşar yazılar

Kəlbəcərin Nadirxanlı kəndi - VİDEO
20 yanvar 2021 , 19:26
"20 yanvar qurbanlarının qisasını alacağıq!", demişdi... - İki bacının ŞƏHİD qardaşı - FOTO - VİDEO
20 yanvar 2021 , 18:44
Psixoloji yardım davam edir: daha 20 mütəxəssis gətirildi - FHN-VİDEO-YENİLƏNİB
20 yanvar 2021 , 18:02
Günün koronavirus STATİSTİKASI: 332 yoluxma, 897 sağalma, 12 ölüm
20 yanvar 2021 , 16:41
20 yanvar şəhidləri Şuşada anıldı-VİDEO
20 yanvar 2021 , 14:48
Qürur və and yerimiz-FOTOLENT
20 yanvar 2021 , 13:00
Bakıya qar yağacaq - PROQNOZ
20 yanvar 2021 , 12:27
İnterneti olmayan şagirdlər belə imtahan verəcək - RƏSMİ
20 yanvar 2021 , 12:10