“Braqa”nın portuqaliyalı hücumçusu Fransişka Trinkan “Barselona”ya keçə bilər.
Lent.az Lenta.ru-ya istinadla xəbər verir ki, 20 yaşlı hücumçunun Kataloniya klubunu seçməsinin səbəbi argentinalı Lionel Messi ilə bir komandada oynamaq istəyi olub.
Qeyd edilir ki, “Barselona” futbolçunun keçidi üçün 30 milyon avro ödəməyə hazırdır. Əgər transfer baş tutarsa, bu, “Braqa”nın tarixində ən böyük sövdələşmə olacaq.
Trinkan həmyerlisi 34 yaşlı Kriştianu Ronaldu ilə müqayisə olunur. Vətənind\ “yeni Kriştianu” kimi tanınır.