Ərdoğan: “Qüds bizim üçün qırmızı bir xəttdir”
31 yanvar 2020 01:14 (UTC +04:00)

Ərdoğan: “Qüds bizim üçün qırmızı bir xəttdir”

ABŞ-ın Yaxın Şərq Sülh planı “işğal layihəsidir”.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ankarada 5-ci Anadolu Media Mükafatları mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirib.  

O, ABŞ tərəfindən hazırlanmış “Əsrin sövdələşməsi”ni qınayıb: “Qüds bizim üçün qırmızı bir xəttdir, Qüds satılmır”. 

Qeyd edək ki, çərşənbə axşamı ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin Baş naziri B.Netanyahu ilə keçirdiyi görüş zamanı İsrail-Fələstin münaqişəsinə son qoyan sözügedən planın detallarını aşıqlayıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1352

Oxşar yazılar