Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri ləğv edildi - FOTO
30 yanvar 2020 13:17 (UTC +04:00)

Qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələri ləğv edildi - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən Abşeron rayonu İcra hakimiyyətinin nümayəndələri və Abşeron rayon polis idarəsinin əməkdaşları ilə birgə rayonun Hökməli və Qobu qəsəbəsi, Xırdalan şəhəri ərazisində 14 kəsim sahəsində reyd keçirilib.

Bu barədə Lent.az-a qurumdan məlumat verilib. Bildirilib ki, reyd zamanı müəyyən olunub ki, həmin ünvanlarda fəaliyyət göstərən 8 mağazada ətlərin satışı antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirilir. Bununla əlaqədar olaraq qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib, eyni zamanda yol kənarlarında qanunsuz heyvan kəsimində istifadə olunan dəmir qurğular icra hakimiyyəti orqanının əməkdaşları tərəfindən ləğv edilib.

 

# 1028
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar