Hacıqabulda baş verən qəzada sürcü ölüb - FOTO - YENİLƏNİB
29 yanvar 2020 02:19 (UTC +04:00)

Hacıqabulda baş verən qəzada sürcü ölüb - FOTO - YENİLƏNİB


Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun  məlumatına görə, hadisə gecə saatlarında Bakı-Qazax magistralının 70-ci kilometrliyində Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində qeydə alınıb. 

Bərdə rayon sakini, 1982-ci il təvəllüdlü Adıgözəlov Vüsal  Nizami oğlunun idaər etdiyi “Mercedes” markalı 99 SB 789 dövlət nömrə nişanlı avtomobil Goranboy rayon sakini, 1973-cü il təvəllüdlü Cəfərov Müşfiq İsak oğlunun idarə etdiyi qoşqulu “KaMAZ” markalı 22 BF 729 dövlət nömrəli avtomobilə arxadan çırpılıb. Nəticədə “Mercedes”-in sürcüsü hadisə yerində ölüb. 

Faktla bağlı BDYPİ-nin əməkdaşları tərəfindən araşdırma aparılır.

 

****

00:22

# 1077
avatar

Oxşar yazılar